
Rusiya klubunda alman baş məşqçi
- 13 Yan 2022 17:30
- 497
Rusiyanın “Krasnodar” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Daniel Farkeyə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat. Alman mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Farke bu postda Viktor Qonçarenkonu əvəzləyib.
Daniel Farke son olaraq İngiltərədə “Norviç Siti” komandasını çalışdırıb.