Rövşən Əhmədov Azər Həşimovun iddialarına cavab verdi
- 12 Yan 2023 13:00
- 1665
“Mingəçevir”in sabiq baş məşqçisi Azər Həşimov postundan istefa verdikdən sonra mətbuata açıqlamasında bir neçə dəfə buna səbəb kimi, rəhbərliyin onun işinə müdaxilə etdiyini göstərmişdi.
Rekord.az isə baş məşqçinin iddialarının nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün “Mingəçevir”in sabiq rəhbəri Rövşən Əhmdovla əlaqə saxlayıb.
Sabiq referi saytımıza açıqlamasında gənc məşqçinin iddialarına cavab verib: “Azər Həşimovun işinə heç bir müdaxilə olunmayıb. Oyunçu seçimini şəxsən özü, məşqçilər korpusu edirdi. Ola bilsin hansısa tələbi olub, biz də izah etmişik ki, az büdcəli klubuq, bunu etməyə imkanımız yoxdur, o da bundan narazı ola bilər. Amma işinə müdaxilə mümkün deyildi. Nə mən tərəfdən, nə də sədr müavini Ruslan Həmidov tərəfindən. İstefa qərarını da sırf özü verdi. “Qəbələ-2”-ə 0:4 uduzdu, ondan əvvəl də məğlubiyyətləri var idi, özü gəldi dedi ki, Rövşən müəllim, istefa verirəm, mən də dedim ki, qəbul edirəm, bununla da məsələ bitdi. Aramızda başqa söhbət, hansısa narazılıq olmadı".