
Rövnəq Abdullayev Sadıq Sadıqovu futbola qaytarmaq istəyir
- 18 Noy 2021 11:00
- 905
“Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqovun yenidən futbola dönməsi gözlənilir.
Rekord.az xəbər verir ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin fikridir.
Federasiya başçısı yaxın qohumu ilə görüşərək, ona bu sahəyə dönməyi təkli edib.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasında (AGF) növbədənkənar seçki konfransı baş tutub. Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev prezident postunda Rövnəq Abdullayevi əvəzləyib. Abdullayevin gedişindən sonra Sadıq Sadıqov da postunu itirməli olub.