
"Ronaldoya xidmət etmək lazımdır"
- 15 Fev 2022 16:00
- 587
"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol İns klubun hücumçusu Kriştiano Ronaldonun çıxışını şərh edib .
Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun əsəbi göründüyünü deyib: "Bunu onun hərəkətlərindən də görmək olar. Ronaldo xoşbəxt görünmür. Mən onu günahlandırmıram. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan “Bernli” ilə oynayırlar, o isə ehtiyat oyunçular skamyasında oturur..
Ronaldo qayıdacaq, vacib qollar vuracaq. Çempionlar Liqasında bunu etsə, təəccüblənmərəm. Onun sayəsində “Mançester Yunayted” turnirin 1/8 finalına yüksəlib. Ronaldoya xidmət etmək lazımdır. Onun 37 yaşı var. Onun oğlan kimi qaçmasını gözləmək olmaz. Topu cərimə meydançasına çatdırın və o, qol vuracaq".