
Ronaldonun maaşı azaldıla bilər
- 26 Yan 2022 15:16
- 530
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun məvacibi əhəmiyyətli dərəcədə azala bilər.
Rekord.az xəbər verir ki, əgər MY mövsümün sonunda ilk “dördlük”də yer ala bilməsə, onda portuqaliyalı da məvacibinin azaldılması ilə razılaşmalı olacaq.
Onun həftəlik məvacibi 458 min avrodur. Amma MY hədəfə çatmasa, Kriştiano həftədə 345 min avro alacaq.
Daha əvvəl məlumat yayılmışdı ki, “qırmızı şeytanlar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Ronaldo komandasını dəyişəcək.
Portuqaliyalı Çempionlar kubokunu 6 dəfə qazanmış "Real"ın əfsanəsi Fransisko Xentonun rekordunu təkrarlamaq və ya qırmaq istəyir.