"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesablarında yeni mövsümə hazırlıq prosesindən şəkil yerləşdirib.

Rekord.az xəbər verir ki,  fiziki formasını nümayiş etdirən portuqaliyalı hücumçu şəkillə birgə bu sözləri yazıb:  "Əhval-ruhiyyə yaxşıdır".

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.