Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kristiano Ronaldo rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub.

Rekord.az xəbər verir ki, portuqaliyalı ulduz ölkə kubokunun yarımfinalı çərçivəsində keçirilən “Əl-Nəsr” – “Əl-Hilal” matçının 86-cı dəqiqəsində Renan Lodiyə zərbə endirib.

Ardınca yumruğunu baş hakimə tərəf tutaraq qeyri-idman hərəkəti edib. Nəticədə referi 39 yaşlı oyunçuya qırmızı vərəqə göstərib.

Əbu-Dabi şəhərində baş tutan görüşdə “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib.