
Ronaldo niyə cərimələndi?
- 06 Noy 2021 15:42
- 390
“Mançester Yunayted” Premyer Liqanın 11-ci turunda “Mançester Siti” ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”da sözügedən matçdan əvvəl komandanın bütün üzvləri birgə nahar edib.
Futbolçuların motivasiyasının yüksəldilməsi üçün təşkil olunan nahara Kriştiano Ronaldo da qoşulub.
Portuqaliyalı hücumçu restorana gələndə “Range Rover” markalı avtomobilini səhv yerdə saxladığı üçün cərimələnib.
Bundan başqa, daha bir futbolçu – Fred də “Bentley”ini düzgün park etmədiyi üçün cərimələnib.
Sabah keçiriləcək “Mançester Yunayted” – “Mançester Siti” matçı saat 15:30-da başlayacaq.