"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Rekord.az xəbər verir ki, bu iddia ilə nüfuzlu "Times" nəşri çıxış edib.

Təcrübəli forvard istəyini klub rəhbərliyinə bildirib. 37 yaşlı hücumçu cəlbedici təklif gələcəyi halda "qırmızı şeytanlar"ı tərk edəcək.

Ronaldonun ayrılıq qərarı verməsinin əsas səbəbi komandanın Çempionlar Liqasında iştirak etməməsidir. Portuqaliyalı futbolçu qitənin ən nüfuzlu klub turnirində oynamaq istəyir.

2021-ci ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə keçən Ronaldo İngiltərə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.