
"Ronaldo bilir ki, bir neçə zərbə alacaq"
- 28 Dek 2021 15:20
- 478
İtaliya yığmasının müdafiəçisi Leoanrdo Bonuççi DÇ-2022-nin fley-offunun finalında Portuqaliya ilə qarşılaşma ehtimalı haqda danışıb.
Rekord.az xəbər verir ki, Bonuççi bu oyun haqda Ronaldo ilə söhbət etdiyini bildirib.
O, Kriştiano ilə zarafat etdiklərini də vurğulayıb: “Onunla söhbət etdik və hətta zarafatlaşdıq da. Baxaq görək meydanda nələr olacaq.
Ronaldo bilir ki, bir neçə zərbə alacaq. Əsas odur ki, qarşılaşmaya köklənək. Bunu edə bilsək, ilik səddi adlayıb martda görüşə bilərik”.
Bonuççi ilə Ronaldo “Yuventus”da birgə oynayıblar. İtaliya pley-offun yarımfinalında Şimali Makedoniya, Portuqaliya isə Türkiyə ilə qarşılaşacaq.