
"Ronaldo 40 yaşına qədər oynayacaq"
- 28 Dek 2021 17:43
- 497
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyro oğlunun karyerasını nə vaxt başa vurmaq istədiyindən danışıb.
Rekord.az xəbər verir ki, o, bununla bağlı "The Scottish Sun"a açıqlamasında deyib:
“Mən artıq ondan karyerasını başa vurduqdan sonra sonra məşqçi olmaq istəyib-istəmədiyini soruşdum. Cavab verdi ki, həyatdan həzz almaq istəyir. O, 40 yaşına qədər oynayacaq”.