
"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"
- 29 Dek 2021 14:00
- 670
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo əfsanəvi braziliyalı Ronaldinyo ilə bağlı xatirələrini bölüşüb.
Rekord.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb:
"Ronaldinyo ilə Bakıdakı görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Ronaldinyo ilə söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona "Qarabağ"ın formasını hədiyyə etdim. Maraqlı görüş oldu".
Xatırladaq ki, Ronaldinyo "Qəbələ" Futbol Klubunun dəvəti ilə 2016-cı ildə Bakıda olub.