“Mançester Siti”nin sahibi olan ərəb şeyxləri Moskva “Spartak”ının səhmlərinin bir hissəsini almaq niyyətindədir.

Rekord.az xəbər verir ki, “Spartak”ın sabiq baş məşqçisi Oleq Romantsev bu məlumata münasibət bildirib.

O, şeyxlərin bu istəyini təqdir etməyib:

“Ərəb şeyxlərinin “Spartak”da görünməsinə çox pis baxıram. Onsuz da, bizim futbolda əcnəbilər çoxdur. “Lokomotiv”də xeyli alman cəmləşib, amma möcüzə hələ də reallaşmır.

Qoy ərəb şeyxləri öz qanadları altına “Amkar”ı və ya “Nijni Novqorod”u alsınlar, onlara ayaq üstə durmağa yardım etsinlər. Bax, belə olsa, bu, futbolumuzun inkişafına təkan verər”.