“Roma”dan ayrılacağını açıqladı
- 17 May 2026 16:30
- 117
İtaliya millisinin sabiq üzvü, "Roma"nın hücumçusu Stefan El Şaravi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı italiyalı futbolçu sosial şəbəkə hesabında paylaşıb.
El Şaravi 2016-cı ilin yayından "Roma"da çıxış edir. O, 10 il ərzində "Roma"da 346 oyun keçirib, 65 qol vurub və 30 məhsuldar ötürmə edib.
Qeyd edək ki, El Şaravi 2012-2024-cü illərdə İtaliya millisinin formasını geyinib.