
"Roma" VAR-a görə hakim transfer etdi
- 02 Fev 2022 15:30
- 473
“Roma” klubu maraqlı addıma əl atıb.
Rekord.az saytının məlumatına görə, A seriyası təmsilçisi keçmiş hakim Canpaolo Kalvareseni transfer edib.
Kalvaresenin “canavarlar”da əsas vəzifəsi VAR sistemi ilə bağlı məşqçi və futbolçu heyətinə kömək etmək, onları müntəzəm məlumatlandırmaq olacaq.
Sabiq referi məsləhətçi funksiyasını təkcə əsas heyətdə deyil, akademiya və qadın komandalarında da icra edəcək.