
"Roma" - "İnter" 0:3 VİDEO
- 06 Dek 2021 13:41
- 572
Ötən gecə "İnter" A seriyasının 16-cı turunda "Roma" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Milan təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
Hesabı 16-cı dəqiqədə Hakan Çalhanoğlu açıb. O, künc zərbəsindən baxımlı qol vurub.
24-cü dəqiqədə Edin Dzeko, 39-cu dəqiqədə iə Denzel Damfris fərqlənib.
Hakanın qoluna aşağıdakı videonun 16-cı saniyəsindən etibarən baxa bilərsiniz: