"Bayern”in hücumçusu Robert Levandovski yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Bundesliqasının 17-cu turunun “Volfsburq”la matçında (4:0) fərqlənən polşalı hücumçu bir təqvim ilində ölkə çempionatında vurduğu qolların sayını 43-ə çatdırıb.

O, bu göstəricidə mərhum alman hücumçu Gerd Müllerin rekordunu qırıb.

Müller “Bayern”in heyətində 1972-ci ildə bir təqvim ilində 42 qol vurmuşdu.

Bir təqvim ilində vurulan qolların sayına görə rekord hazırda Fransanın PSJ klubunun formasını geyinən Lionel Messiyə məxsusdur. Argentinalı forvard 2012-ci ildə İspaniya "Barselona"sında oynayarkən 91 qol vurub.