
"River Pleyt"in hücumçusu "Mançester Yunayted"in hədəfində
- 05 Yan 2022 15:43
- 476
“Mançester Yunayted” Argentina millisinin və “River Pleyt”in hücumçusu Xulian Alvaresi almaq niyyətindədir.
Rekord.az xəbər verir ki, “manikunianlı”lar Mançesterdə Argentina millisinin 21 yaşlı futbolçusunun agenti ilə danışıqlar aparacaq.
“Mançester Yunayted” Alvareslə 2026-cı ilə qədər müqavilə bağlamağa hazırdır.
Argentinanın son çempionatında Alvares 20 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı bombardiri olub.