"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ölkə xaricinə çıxmağa hazırlaşır.

Premyer Liqada uğurlu mövsüm keçirən komandanın çalışdırıcısı bu dəfə Niderlanda səfər edəcək.

Avrokuboklara vəsiqə qazanmaq yolunda inamla irəliləyən «qartallar»ın sükançısı adıçəkilən ölkəyə yollanmaq üçün «Qarabağ»la sabah keçiriləcək qarşılaşmanı gözləyir.

Səfərdə məqsəd maraq dairəsinə düşən futbolçuları çılpaq gözlə izləməkdir. (sportinfo.az)