“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Hər iki komanda bacardığını etdi. İlk hissəni yaxşı oynadıq. Sadəcə, fasilə öncəsi qapımızda gördüyümüz qol rəqibə motivasiya verdi. İkinci hissənin əvvəli də bunun məntiqli davamı idi. Ancaq 10 dəqiqədən sonra yenidən təşəbbüsü ələ aldıq. İkinci yarının ilk 10 dəqiqəsində ehtiyatlı oynadıq. Rəqib bizi buna məcbur etdi. Ancaq sonradan yenidən oyuna diqtə edən tərəf biz olduq. Bu gün hakimlikdən narazı qalmadım. Sadəcə, oyun daim hakimlərlə dialoq şəraitində keçir. Hakimlikdən narazılığım olmadı”.