Bir ara “Keşlə”dən ayrılmaq istəyində olan, hətta mətbuata açıqlamasından sonra klub rəhbərliyi  ilə problem yaşayan Rəhman Hacıyev böyük ehtimalla mövsümün sonuna kimi “Keşlə”də qalacaq.

Rekord.az-a daxil olan məlumata görə, tərəflər arasındakı buzlar əriyib və Hacıyev ən azı mövsümün sonuna kimi hazırkı klubunda qalmağın əlehinə deyil.

Qeyd edək ki, Rəhman müqavilə ilə “Neftçi”yə məxsusdur və “Keşlə”də icarə əsasında forma geyinir.