"Region Liqası"nda problemlər bitmək bilmir. 

Rekord.az xəbər verir ki, problemlər tək yol pulu ilə bağlı deyil.

Yol pulu olanların da stadion dərdi var. Belə komandalardan biri də "Qobustan"dı. Sözügedən komanda ev oyunlarını oynamaq üçün 70 km məsafə qət edərək Salyan rayonuna gedir. Çünki Qobustanda futbol oynamaq üçün meydança yoxdur. Komandanın kapitanı Taleh Gülməmmədov "CBC Sport"a açıqlamasında bildirib ki, qəsəbədə stadion olsa, onlar da bu cür əziyyətə qatlaşmaz.