
"Region Liqası" təmsilçisi "Bakı" və "Neftçi"nin sabiq futbolçusunu transfer etdi
- 14 Yan 2022 15:00
- 778
"Region Liqası"nda çıxış edən "Cəbrayıl" daha bir təcrübəli futbolçunu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi bir vaxtlar "Bakı", "Neftçi" kimi klublarda da forma geyinmiş, yığma komandaya da cəlb olunmuş Elşad Manafovla güclənib.
Qeyd edək ki, Cəbrayıl təmsilçisi daha öncə digər bir elita təcrübəsi olan Hüseyn Axundovu da heyətinə qatmışdı.