"Real"ın yay transfer pəncərəsi üçün yeni planları məlum olub. 

Rekord.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

"Kral" klubu yay transfer pəncərəsi üçün planlarına PSJ-dən Kilian Mbappeni və "Borussiya"dan (Dortmund) Erling Haalandı daxil edib. Madrid təmsilçisi əvvəlcə bu oyunçuları qışda almağı planlaşdırsa da, belə qısa bir müddətdə işin öhdəsindən gəlməyəcəyini düşünür. Lakin baş məşqçi Karlo Ançelotti sözügedən futbolçular üçün israrlıdır. 

Qeyd edək ki, Haalandı "Real"la yanaşı "Barselona" da almaq istəyir.