
"Real"dan "Fiorentina"ya
- 01 İyl 2022 15:47
- 477
Luka Yoviçin növbəti mövsümə “Real”da başlamayacağı böyük ölçüdə məlum idi.
Rekord.az xəbər verir ki, artıq onun hara üz tutacağı praktiki olaraq məlumdu. Serb hücumçu “Fiorentina”ya keçmək üzrədi.
Luka İtaliya klubunda icarə əsasında çıxış edəcək. Onun 5 milyon avro olan məvacibinin klublar tərəfindən yarıbayarı ödəniləcəyi də xəbər verilir.