“Real”ın yarımmüdafiəçisi Eden Hazard qışda klubu tərk etmək istəmir.

Rekord.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Belçikalı mövsümün sonuna qədər “kral klubu”nda qalaraq, özünü sübut etmək istəyir.

“Real” Hazardı satmağa müsbət yanaşsa da, onun transfer dəyərinin çox aşağı düşməsi səbəbindən bu fikrindən vaz keçə bilər.

Madrid təmsilçisi “transfermarkt”da dəyəri 25 milyon avro olan 30 yaşlı yarımmüdafiəçinin dəyərini daha da artırmasını istəyir.

Hazard bu mövsüm La Liqada 11 oyuna çıxıb.