“Real” hücumçusu Luka Yoviçlə bağlı qərar verilib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi serbiyalı futbolçunu komandada saxlayacaq. “Real” rəhbərliyi əsas hücumçu Kərim Benzemanın zədələnməsinə görə Yoviçi satmamağa qərar verib.

Qeyd edək ki, Yoviç bu mövsüm 15 oyunda 1 qol vurub və 2 qolun ötürməsini verib.