
"Real" Yoviçi İtaliyaya təmənnasız göndərəcək
- 06 İyl 2022 10:09
- 408
Gözlənildiyi kimi, Luka Yoviç növbəti mövsümə “Real”da başlamayacaq.
Rekord.az xəbər verir ki, serb hücumçu “Fiorentina”ya yollanacaq.
Maraqlıdı ki, İspaniya nəhəngi Lukanı İtaliya klubuna təmənnasız göndərmək qərarına gəlib. Halbuki onun florensiyalıların sıralarında icarə əsasında çıxış edəcəyi ehtimal olunurdu. Bir neçə gün əvvəl yayılan məlumatda Yoviçin 5 milyon avro olan məvacibinin klublar tərəfindən yarıbayarı ödəniləcəyi də qeyd edilmişdi. Jurnalist Fabritsio Romano onun başqa kluba sonrakı satışından əldə olunacaq məbləğin 50 faizinin “Real”ın xəzinəsinə köçürüləcəyini xəbər verib.
Luka Madrid klubuna 2019-cu ildə “Ayntraxt”dan (Frankfurt) təxminən 65-70 milyon avroya transfer olunub. 24 yaşlı hücumçu ötən müddətdə ağ formada iştirak etdiyi 51 oyunda yalnız 3 qol vurub.