
"Real" Hazardı satmaqdan imtina etdi
- 11 Dek 2021 14:42
- 659
"Real" futbolçusu Eden Hazardı "Vest Hem"ə satmaqdan imtina edib.
Rekord.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi belçikalı yarımmüdafiəçi üçün 25 milyon avroluq təklif göndərib. Ancaq Madrid klubunun prezidenti Florentino Peres bunu rədd edib.
Bildirilib ki, "Real" 30 yaşlı oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.
Qeyd edək ki, Hazardın klubu ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır.