PSJ-nin hücumçusu Kilian Mbappe ilə Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halanda Avropanın nəhəng klubları maraq göstərirlər.

Rekord.az xəbər verir ki, bu iki hücumçu “Real”ın da transfer hədəfidir.

Ancaq “kral klubu”nun rəhbərliyi yaxşı bilir ki, indiki maliyyə şərtləri ilə hər iki futbolçunu transfer etmək çox çətindir.

Ona görə də bu iki hücumçudan prioritet variant seçilib. “Real” rəhbərliyi Kilian Mbappeyə üstünlük verib.

Holandla “Mançester Siti” və PSJ də maraqlanır. “Kral klubu” bu iki nəhənglə maliyyə müstəvisində mübarizə aparmağın çətin olduğunu qəbul edib.

“Real” Halandı almaq üçün heç bir cəhd göstərməyəcək.