Madrid “Real”ı 225 milyon kredit götürdüyü barədə məlumat yayıb.

Rekord.az xəbər verir ki, bu kredit “Santyaqo Bernabeu” stadionunda gedən yenidənqurma prosesində əvvəlcədən planlaşdırılmayan işlərin görülməsi üçün götürülüb.

Kredit 27 il müddətinə və illik 1,53 faizlə götürülüb. Klub rəhbərliyi bu vəsaiti yeraltı istilik sisteminin qurulmasına sərf edəcək.

Bu sistem sayəsində stadionun o örtüyünü optimal səviyyədə saxlamaq mümkün olacaq.