
Ramin Musayev "Region Liqası" komandalarının kubokda oynamasını düzgün saymır
- 10 Noy 2021 18:19
- 512
Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev kubok haqda danışıb:
"Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir. Ümid edirəm ki, 1-ci divizion komandaları da kubokda yaxşı mübarizə aparacaqlar. Ötən mövsüm heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer-liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik".
Region Liqasında iştirak edən komandaların kubokda iştirak etməsi təklifi bir neçə gündü müzakirə mövzusu olub. Ramin Musayev bu haqda da fikirlərini söyləyib:
"Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa daha yaxşı olar. Amma peşəkarlıq baxımından düz çıxmaz".