Xəbər verdiyimiz kimi, veteran futbolçu Rail Məlikov "Sumqayıt"da baş məşqçi Aleksey Baqanin köməkçisi təyin olunub.

Rekord.az xəbər verir ki, bu təyinatda AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun birbaşa əli var.

Əldə etdiyimiz məlumata görə, Məmmədov hələ federasiyada çalışdığı dönəmdə Məlikov onunla görüşüb işlə bağlı müzakirə aparmışdı. Məmmədov da sabiq milli üzvünə işlə bağlı vəd vermişdi. Sabiq baş katib məlum olaylardan sonra Fransaya köçsə də vədinə sadiq qalıb və "Sumqayıt"dakı kadrı Riad Rəfiyevə Railə iş verməyi tapşırıb. Təbii ki, Rəfiyev də sabiq şefinin sözünü yerə salmayıb.