Polşa çempionatında 24-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Varta” ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

LKS hazırda 16 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.