İngiltərənin “Everton” klubunda baş məşqçi Rafael Beniteslə yollar ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın uğursuz çıxışına görə Benitesin müqaviləsinə xitam verilib.

“Everton” Premyer Liqada 22 turdan sonra 15-ci pillədə qərarlaşıb.