İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola UEFA Super Kubokunda rekorda imza atıb.

Rekord.az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu kuboku üç fərqli komanda ilə qazanıb.

Daha öncə heç bir mütəxəssis buna nail olmayıb. Bundan əvvəl Qvardiola “Bavariya” və “Barselona” ilə UEFA Super Kubokunu qazanmışdı.

Xatırladaq ki, UEFA Super Kuboku uğrunda görüşdə “Mançester Siti” İspaniyanın “Sevilya”sını penaltilər seriyasında (1:1 - əsas vaxt, 5:4 - penaltilər seriyasında) məğlub edib.