
Qvardiola Silvanı təriflədi
- 17 Fev 2022 15:42
- 441
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Sportinq" "Mançester Siti"ni qəbul edib.
Rekord.az xəbər verir ki, Lissabondakı “Xose Alvalade” stadionunda keçirilən görüş “şəhərlilər”in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola matçdan sonra keçirilən mətbuat konfransında görüşün ən yaxşı oyunçusu seçilən Bernardo Silvanı tərifləyib:
“O, təkcə futbol oynamır, həm də oyunu başa düşür. Topla yaxşı işləyən bir neçə oyunçu var. O isə meydandakı hər bir hərəkəti tamamilə anlayır.
Bütün dünyada belə oyunçu bir-iki nəfərdir. Ümid edirəm ki, silva uzun illər “Siti”də oynayacaq. Amma bu məsələni o və klub öz aralarında həll edəcəklər”.