
Qvardiola onun “Barselona”ya gedəcəyini təsdiqlədi
- 25 Dek 2021 11:21
- 549
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçusu Ferran Torres haqda açıqlama verib.
Rekord.az xəbər verir ki, o, ispan hücumçu üçün “Barselona” ilə danışıqlar apardıqlarını təsdiq edib:
“Barselona” ilə danışıqlar davam edir, razılşma tamamlanmağa yaxındır”.
İspaniya mətbuatının xəbərinə görə, Torres “Barselona” ilə 5 illik razılıq əldə edib.