
Qvardiola onu istəyir
- 11 Yan 2022 12:30
- 476
"Real"ın futbolçusu Luka Modriç karyerasını İngiltərədə davam etdirə bilər.
Rekord.az "El Nacional"a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçinin Madrid klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqları o qədər də uğurlu alınmır.
36 yaşlı oyunçu bu yay başa çatan müqaviləni iki il müddətinə yeniləmək istəyir. "Real" Modriçin maaşını azaltmağa hazır olsa da, ona yalnız bir illik müqavilə təklif edir.
“Mançester Siti”nin vəziyyətdən yararlana biləcəyi bildirilir. Klub vəziyyəti izləyir. Bildirilib ki, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola uzun müddətdir Modriçi bəyənmr.
Qeyd edək ki, Luka 2012-ci ildən "Real"da oynayır.