Erlinq Holann və Xulian Alvares kimi bombardirləri transfer edən “Mançester Siti”yə daha bir yeni oyunçu gələcək.

Rekord.az xəbər verir ki, İngiltərə çempionu “Lids”in yarımmüdafiəçisi Kalvin Fillipsin transfer şərtləri ilə bağlı razılığa gəlib.

“Mirror” qəzeti 26 yaşlı futbolçunun transferi üçün təxminən 52 milyon avro təzminat ödəniləcəyini xəbər verib. Bu mənbəyə görə, baş məşqçi Xosep Qvardiola Fillipsi klubdan ayrılan Fernandinyonun xələfi kimi görür.

Qeyd edək ki, Kalvin son mövsüm “Lids”in heyətində 23 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.