
Qvardiola ilə niyə mübahisə edib?
- 23 Noy 2021 14:21
- 459
“Barselona”nın sabiq futbolçusu Aleksandr Qleb Kataloniya klubundakı karyerası (2008-2011-ci illər) barədə danışıb.
Rekord.az xəbər verir ki, belaruslu futbolçu Rusiya mətbuatına müsahibəsində etdiyi səhvlərə görə peşmanlığını ifadə edib:
“İndi başa düşürəm ki, o vaxt axmaq kimi davrandım. Mən Qvardiola ilə bərk mübahisə etdim, ondan incidim. Demişdim ki, sən mənə zəng vurub bura keçməyimi istədin, nəticədə isə az halda meydana çıxıram.
Bəs, dünyanın ən güclü komandasında, belə güclü oyunçular arasında kim inciyə bilərdi? Səbr etmək, yeri gəlsə dişinlə-dırnağınla meydanı qazmaq lazım idi, öz eqonu göstərmək yox. Həmin vaxt meydanda ən yaxşı olmalı, məşqdə rəqabətdə qalib gəlməli idim. Mən isə narazılıq, inciklik edirdim”.