Qusarda futbol akademiyası tikiləcək
- 13:00
- 42
Qusarda şəhər stadionunda yarıçıq qalmış işlərin davam etdiriləcəyi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, gələn il stadion hazır olandan sonra "Şahdağ Qusar" klubu ev oyunlarını doğma stadionda keçirəcək.
Əldə etdiyimiz məlumata görə, "Şahdağ Qusar" rəhbəriyinin uşaq futbolu ilə bağlı da ciddi planları var, Onlar Qusarda akademiya binası tikməyi də nəzərdə tutublar. Həmin akademiyaya Şimal regionundan istedadlı uşaqlar seçilərək cəlb olunacaq.