
Qurban Qurbanovdan Bədavi Hüseynovla bağlı açıqlama
- 15 Yan 2022 15:21
- 526
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Bədavi Hüseynovun son durumunu açıqlayıb
Rekord.az xəbər verir ki, baş məşqçi verdiyi açıqlamada bildirib ki, B.Hüseynov gələn həftə komandanın ümumi məşqlərinə qatılacaq:
"Hazırda o, özünün optimal formasından uzaqdır. Əvvəlki formasına qayıtması üçün daha çox məşq edib, çalışmalıdır".
Qeyd edək ki, Bədavi Hüseynov ötən ilin iyun ayında millimizin heyətində Moldova ilə keçirilən yoxlama matçında ayağından zədə almışdı.