
Qurban Qurbanova qarşı hansı təxribat olub?
- 06 Avq 2021 12:43
- 743
"Təxribat törədənin kimliyi və milliyəti bilinmir".
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında "CBC Sport"a açıqlamasında deyib.
O bildirib ki, tribunadakı azarkeş baş məşqçi Qurban Qurbanova türk dilində söyüş söyüb: "Daha sonra onların futbolçuları, məşqçiləri, hətta rəqibin Mətbuat xidmətinin rəhbəri Qurban Qurbanova əl atdı.
Hakimlərin və UEFA nümayəndəsinin qərarı ilə komandalar paltardəyişmə otağına yollandılar. Ardınca biz oynamağa davam etmək istədiyimizi bildirdik".
Komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.