
Qurban Qurbanov Polad Həşimovun övladları ilə görüşüb FOTOLAR
- 03 Yan 2022 12:18
- 830
Dünən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü idi.
Rekord.az xəbər verir ki, bu münasibətlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəmanın oğulları Davud və Teymurla görüşüb.
Bununla bağlı görüntüləri Şakir Eminbəyli öz “Facebook” hesabında paylaşıb.