
Qurban Qurbanov Gürcüstan millisini seçən sabiq "Qarabağ"lı haqda
- 04 Apr 2022 13:00
- 850
Gürcüstan millisində çıxış edən azərbaycanlı futbolçu Amin Qarayev haqda məlumatınız var. Vaxtı ilə "Qarabağ"da çıxış edib, kluun U-14 komandasının heyətində Azərbaycan çempionatından ən çox qol vuran futbolçu kimi rekord sahibi olub. Lakin ötən il Gürcüstan millisində oynamağa qərar verib və eyni zamanda Tbilisi "Dinamo"su ilə müqavilə bağlayıb. Potensiallı futbolçu hesab olunur, hazırda Gürcüstan U-17 milisinin formasın geyinsə də U-19 və U-21 millilərinə də namizəd sayılır. Gəzən söhbətlərə görə, Azərbaycan millisindən laqeyd münasibət gördüyü üçün Gürcüstana üz tutmağa məcbur olub. Maraqlıdır, bu cür istedadlı futbolçunu "Qarabağ" necə olub ki, əlindən buraxıb.
Rekord.az bununla bağlı şəxsən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova sual ünvanlayıb.
Qurbanovun məsələyə münasibəti bu cür oldu: "Belə hallar dünya futbolunda çox olur. 12-13-14 yaşlı futbolçunun potensialını görə bilmirsən. Elə futbolçular da olur ki, sonradan düşünmədiyin halda onda böyük dəyişikliklər olur. Ola bilsin, alt yapıda olduğundan biz də görə bilməmişik. Bildiyim qədəri ilə ailəsi də Gürcüstana gedib və ola bilsin bu baxımdan da orda oynamağı daha faydalı bilib. Yenə deyirəm, dünya futbolunda da belə hallar olur və düşünrəm ki, mən tərəfdən o qədər də fikir bildiriləsi mövzu deyil".