"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yanvarın 13-də Antalyanı tərk edərək Bekçikaya yollanacaq.

Rekord.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri "Gent"in yerli çempionatda "Kortriyk"la oyununu izləyəcək.

Qeyd edək ki, "Gent" - "Kortriyk" görüşü yanvarın 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.