"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliyanın "Sicnoticias" nəşrinə açıqlama verib.

Rekord.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi Ağdam klubunun son zamanlar uğurlu çıxış etməsinin səbəbləri ilə bağlı danışıb:

“Qarabağ”da hamı bir-birinə ailə üzvü kimi yanaşır. Baş məşqçi hər şeyə çox ciddi yanaşan adamdır. O, futbolçulara ata kimidir. Qurban Qurbanov təkcə futbolumuzun səviyyəsinə deyil, bizim rifahımıza da fikir verir. Heç nəyi qaçırmır”.

Azərbaycan və rus dillərini öyrəndiyini deyən Andrade artıq baş məşqçisi Qurban Qurbanovla bu dillərdə danışdığını bildirib.