
Qurban Qurbanov futbolçulara xorvat hakim haqda danışmağı qadağan edib
- 11 Dek 2021 14:00
- 545
"Bazel"lə oyunda "Qarabağ"ın haqqının yeyildiyini, oyunun 2-ci dəqiqəsində təmiz qolunun sayılmamasını bütün Avropa gördü. Lakin maraqlıdır ki, Qurban Qurbanov bu epizod, ümumiyyətlə, xorvatiyalı hakim barədə danışmağı futbolçularına qadağan edib.
Rekord.az xəbər verir ki, hələ oyundan sonra bununla bağlı soyunub-geyinmə otağında tapşırıq olub.
Qurbanov futbolçularının açıqlamalarının UEFA-ya xoş gəlməyəcəyindən və buna görə komandaya hansısa cəza gəlməsi ehtimalından narahatdı.