Qubalı azarkeşlərlə görüşdü, bütün xərcləri üzərinə götürdü
- 11:00
- 38
"Səbail"in prezidenti Mirzə Bayrampur Qubada yerli futbol azarkeşləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və AFFA Şimal Regional Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Akif Əliyev iştirak ediblər.
Görüş zamanı futbol azarkeşlərinin həm ev, həm də səfər oyunlarında komandaya fəal dəstək göstərməsi, azarkeşlərin oyunlara rahat gediş-gəlişinin təşkili məsələləri müzakirə olunub.
Görüşün sonunda Səbail Futbol Klubu azarkeşlərin oyunlara səfərləri ilə bağlı bütün xərclərin qarşılanmasını öz üzərinə götürüb.